Çempionlar Liqası: “Kayrat” pley-off şansını rəsmən itirdi
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Olimpiakos” səfərdə “Kayrat Almatı”nı 1:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Gelson Martins vurub.
Bu qələbə Yunanıstan təmsilçisinin cari mövsümdə Çempionlar Liqasındakı ilk qələbəsi kimi tarixə düşüb və komandanı Avropanın əsas klub turnirində pley-off mərhələsinə daha da yaxınlaşdırıb.
“Kayrat Almatı” isə Liqa mərhələsini keçmək şansını itirib.
Turnirin cari vəziyyətinə görə 36 komanda arasında “Kayrat Almatı” 35-ci, “Olimpiakos” isə 26-cı pillədə qərarlaşıb:
Kayrat 0 - 1 Olimpiakos
G. Martins 73’
© Copyright 2025, All Rights Reserved