Çempionlar Liqası: “Kopenhagen” ilk qələbəsini “Kayrat”dan aldı
"Kopenhagen" mövsümdəki ilk Çempionlar Liqası qələbəsini qazandı. Danimarka klubu evdə “Kayrat Almatı” üzərində qələbə əldə etdi.
90plus.az xəbər verir ki, Danimarka klubunun 17 yaşlı yeniyetmə hücumçusu Çempionlar Liqasındakı debütündə 26-cı dəqiqədə hesabı açdı. İkinci hissədə isə komandanın üstünlüyünü Yordan Lerson (əfsanəvi isveçli forvard Henrik Lersonun oğlu) və Robert Silva artırdı.
İslandiyalı Dadason bu ayın 17-də “Silkeborq”a qarşı Superliqa matçında debüt etmişdi. O, hələ də daxili çempionatda nə start heyətində yer alıb, nə də qol vurub. Buna baxmayaraq, artıq Avropada 3 oyuna 2 qolunu qeydiyyatına aldırıb.
Matçın sonlarında “Kayrat”ın güclü təzyiqi meydan sahiblərini narahat etdi. “Çelsi”yə keçidi təsdiqlənmiş gənc forvard Dastan Satpayev və əvəzlənmiş Oljaş Baybek qol vursalar da, Qazaxıstan çempionları hələ də turnirdə qələbə qazana bilməyib və cədvəldə "Ayaks"dan əvvəl sondan ikinci pillədə qərarlaşıblar.
“Kayrat” əsasən geri çəkilib əks-hücumlara güvənirdi və bu taktika az qala işləyirdi: Satpayev – Çempionlar Liqasının ilk beş oyununa start verən ən gənc futbolçu (17 yaş 106 gün) – Edmilson üçün ideal ötürmə etdi, lakin hücumçu yaxın məsafədən topu çərçivədən kənara vurdu.
Turnirin tarixinə düşərək Ansu Fati və Lamin Yamaldan sonra Ç/L-də qol vuran üçüncü ən gənc futbolçu olan Dadason bu dəfə də oyuna ciddi təsir göstərdi. Silvanın zərbəsi qapıçı Temirlan Anarbekov tərəfindən qaytarıldıqdan sonra Dadason yaxın məsafədən başla hesabı açdı.
Kopenhagen 3-2 Kayrat
Dadason 26'
Larson 59'
Robert 73'
Satpayev 81'
Baibek 90'
Dadasonun qolu: https://t.me/doxsanplus/111261
Beləliklə, Kopenhagen 5 oyundan sonra 4 xalla 36 komandadan ibarət liqa mərhələsində 29-cu pilləyə yüksəldi. “Kayrat”ın isə hələ 1 xalı var və yalnız “Ayaks” onların altındadır.
“Kayrat Almatı” Çempionlar Liqasına 9 dekabrda “Olimpiakos”u qəbul etməklə davam edəcək.
“Kopenhagen” isə 10 dekabrda səfərdə “Vilyarreal”la qarşılaşacaq.
Digər oyunda isə heç-heçə qeydə alınıb:
Pafos 2-2 Monako
Minamino 4'
Luiz 17'
Bologun 25'
Salisu 88' (öz qapısına)
Çempionlar Liqası, Liqa mərhələsi. Tur 5