Çempionlar Liqası: Noni Madueke 1-ci oldu
UEFA Çempionlar Liqasının 6-cı turundan sonra turnirin həftənin futbolçusu rəsmi olaraq müəyyənləşdirilib.
90plus.az xəbər verir ki, bu dəfə mükafatın sahibi “Arsenal”ın parlayan gənc cinah futbolçusu Noni Madueke olub.
“Brügge” ilə səfər qarşılaşmasında (3:0) dubl edən Madueke həm oyunun ritmini dəyişdi, həm də rəqibin müdafiəsini çarəsiz qoydu. Onun həm məsafədən endirdiyi möhtəşəm zərbə, həm də başla vurduğu qol səsvermədə üstünlük qazanmasına səbəb oldu.
Nəticədə o, rəqabətdə Şarl de Ketelare (“Atalanta”), Oskar Qlux (“Ayaks”) və Jül Kunde (“Barselona”) kimi rəqibləri arxada qoydu.
Gənc hücumçu 2025-ci ilin yayında “Çelsi”dən “Arsenal”a keçdikdən sonra qısa zamanda komandanın aparıcı simalarından birinə çevrilib. “Brügge” ilə oyundakı performansı isə onun nə üçün London klubunda xüsusi dəyər gördüyünü bir daha təsdiqlədi.
© Copyright 2025, All Rights Reserved