Çempionlar Liqası: PSJ “Bayern”ə uduzdu
Luis Diasın dublu “Bayern Münhen”in mövsümə mükəmməl startını davam etdirməsinə kömək etdi və 10 nəfərlə oynayan alman nəhəngi Avropanın son çempionu “Paris Sen-Jermen” üzərində qələbə qazandı.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Almaniya təmsilçisi bütün turnirlərdə ardıcıl 16-cı qələbəsini aldı. Komandanın Çempionlar Liqasında da ilk dörd oyunda dörd qələbəsi var və bu nəticə ilə liqa mərhələsinin lideridir.
Diasın gecəsi həm uğurlu, həm də dramatik oldu. O, iki qol vuraraq “Bayern”i hesabda irəli çıxardı, lakin ilk hissənin sonunda Əşrəf Hakimiyə arxadan sərt müdaxilə etdiyinə görə qırmızı vərəqə aldı.
Mərakeşli müdafiəçi ciddi görünən topuq zədəsindən sonra göz yaşları içində meydanı tərk etdi. Dekabrda onun vətənində keçiriləcək AFCON ( Afrika Millətlər Kuboku) turniri də indi sual altındadır.
Hakimi stadionu qoltuqağacları və qoruyucu çəkmə ilə tərk etdi. PSJ kapitanı Markinyos açıqlamasında dedi: “Analizləri gözləməliyik, ilkin yoxlamalar aparılıb.”
PSJ növbəti oyunda 26 noyabr çərşənbə günü “Tottenhem”i qəbul edəcək (Bak vaxtı ilə 00:00), “Bayern Münhen” isə eyni saatda “Arsenal”ın qonağı olacaq. Hər iki komanda turnirdə 4 oyuna 4 qələbə qazanıb:
PSJ 1-2 Bayern Münhen
Diaz 4' 32'
Joao Neves 74'
Qollar:
https://t.me/doxsanplus/110176
https://t.me/doxsanplus/110177
https://t.me/doxsanplus/110179
© Copyright 2025, All Rights Reserved