Çempionlar Liqası: “Qarabağ” “Çelsi”dən xal aldı
“Qarabağ” “Çelsi” ilə heç-heçə etdi və tarixi xal qazandı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Qarabağ” “Tofiq Bəhramov” stadionunda “Çelsi”ni qəbul edib. Gərgin və yüksək tempdə keçən matç 2:2 hesabı ilə başa çatıb:
Qarabağ 2-2 Çelsi
Estevao 16'
Andrade 29'
Yankovic 38'
Qarnaço 53'
Qollar:
https://t.me/doxsanplus/110234
https://t.me/doxsanplus/110237
https://t.me/doxsanplus/110238
https://t.me/doxsanplus/110240
https://t.me/doxsanplus/110245
Bu nəticə ilə Ağdam təmsilçisi İngiltərə klubları ilə qarşılaşmalarda ilk xalını əldə etdi və qrupdakı xalını 7-yə yüksəltdi.
Görüşdə hesabı 16-cı dəqiqədə qonaqlar açıb. “Çelsi”nin gənc ulduzu Estevao fərqlənib. “Qarabağ” buna tez reaksiya verib və 29-cu dəqiqədə Leandro Andrade tarazlığı bərpa edib. 38-ci dəqiqədə Marko Yankoviç Azərbaycan çempionunu önə keçirib. İkinci hissədə londonlular daha fəal oynayıb və 53-cü dəqiqədə Qarnaço hesabı 2:2 edib.
Ağdam klubu matçın sonuna qədər mübariz ruh nümayiş etdirərək tarixi nəticəni qorumağı bacarıb.
“Qarabağ”ın 2024/25 Çempionlar Liqasındakı nəticələri:
Beləliklə, “Qarabağ” mümkün 12 xaldan 7-ni toplayıb və növbəti mərhələyə iddiasını davam etdirir.
"Qarabağ" Çempionlar Liqasının turnir cədvəlində 12-ci pillədədir
© Copyright 2025, All Rights Reserved