Çempionlar Liqası: “Sabah” “Alba” ilə oynadı
 
                             
                         
                             
                                “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçını gerçəkləşdirib.
90plus.az xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı kollektiv Bakıda Almaniyanın “Alba Berlin” komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən qarşılaşma qonaqların 85:76 hesablı üstünlüyü ilə başa çatıb.
B qrupunda mübarizə aparan “Sabah” əvvəlki turda Çexiya təmsilçisi “Nimburk”la oyunda 65:93 hesabı ilə uduzub. Bakı klubu növbəti oyununu oktyabrın 29-da səfərdə Fransanın “Elan” komandası ilə keçirəcək.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved