Çempionlar Liqasında 3-cü turun oyunçusu o seçildi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda həftənin ən yaxşı futbolçusu bəlli olub.
90plus.az xəbər verir ki, “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes turun ən yaxşı oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti rəsmi açıqlama yayıb.
22 yaşlı futbolçu azarkeşlər arasında aparılan səsvermədə “Borussiya”nın (Dortmund) oyunçusu Feliks Nmeça, “Atletik”dən Qorka Quruseta və PSV-dən Dennis Manı qabaqlayaraq birinci olub.
Xatırlatma: Fermin Lopes “Barselona”nın “Olimpiakos” üzərində 6:1 hesablı qələbə qazandığı görüşdə het-trik (3 qol) müəllifi olub.
© Copyright 2025, All Rights Reserved