Çempionlar Liqasında ən gənc odur
“Arsenal”ın gənc istedadı Maks Douman Çempionlar Liqasında iştirak edən ən gənc futbolçu kimi tarixə düşüb.
90plus.az xəbər verir ki, yeniyetmə futbolçu “Slaviya Praqa” ilə hazırda davam edən səfər oyununda ikinci hissədə meydana daxil edilib.
Douman Çempionlar Liqasındakı debütü zamanı 15 yaş 308 günlük olub.
Əvvəlki rekord 16 yaş 18 günlük ikən turnirdə debüt edən Yussufa Mukokoya məxsus idi.
Douman həmçinin Çempionlar Liqasında 2009-cu ildə anadan olmuş ilk futbolçu oldu. O, hələ ən azı bir ildən çox müddətdə peşəkar müqavilə imzalaya bilməyəcək.
© Copyright 2025, All Rights Reserved