“Cenoa”da Patrik Viyera dövrü başa çatdı
İtaliya A Seriyasının təmsilçilərindən “Cenoa” baş məşqçi Patrik Viyera ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, fransalı mütəxəssisin rəhbərliyi altında komanda bu mövsüm liqada qələbə qazana bilməmişdi.
Klubun rəsmi açıqlamasında “Patrik Viyera artıq əsas komandanın baş məşqçisi deyil” başlığı ilə verilən məlumatda bildirilir:
“Əsas komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Roberto Murgita icra edəcək, ona Domeniko Krishito kömək edəcək.”
49 yaşlı Viyera ötən ilin noyabr ayında “Cenoa”nın sükanı arxasına gətirilmişdi. O, məşqçilik karyerasına 2013-cü ildə “Mançester Siti”nin gənclər komandasında başlamış, daha sonra “Nyu-York Siti”, “Nis”, “Kristal Palas” və “Strasburq” klublarında çalışmışdı.
“Cenoa” bu mövsüm A Seriyada keçirdiyi 9 oyunda 3 heç-heçə və 6 məğlubiyyətlə 3 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved