"Cenoa"da Vieyranı o əvəzlədi! RƏSMİ
İtaliya A Seriyasının təmsilçisi “Cenoa”nın yeni baş məşqçisinin kimliyi bəlli olub.
90plus.az xəbər verir ki, komandaya italiyalı mütəxəssis Daniele De Rossi rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
42 yaşlı çalışdırıcı ilə 2025/2026 mövsümünün sonunadək müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, tərəflər istədikləri halda sözləşməni daha bir il müddətinə uzada bilərlər.
Qeyd: “Cenoa” bu yaxınlarda Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son çalışdırdığı komanda isə “Roma” olub.
© Copyright 2025, All Rights Reserved