“Ceydon Sanço üçün həlledici saatlardır”

Ceydon Sançonun gələcəyi bu həftə müəyyənləşəcək.
90plus.az xəbər verir ki, “Çelsi” Mançester Yunayteddə məxsus olan vingerlə bağlı qərar verməyə hazırlaşır.
Fabrizio Romano: “Bu gün, sabah – yəni bu həftə həlledici saatlardır. Çelsi Ceydon Sanço ilə bağlı qərar verəcək".
London klubu iki seçim qarşısındadır: ya Sançonu təxminən 25 milyon funt sterlinqə birdəfəlik transfer etmək, ya da onu Mançester Yunaytedə qaytarmaq. Lakin ikinci halda “Çelsi” 5 milyon funt cərimə ödəməli olacaq.
Digər yerli mənbələrin verdiyi məlumata görə, qərarın bu həftə verilməsi gözlənilir. Əgər “Çelsi” daimi transferdən imtina etsə, Sanço müvəqqəti olaraq “Old Trafford”a qayıdacaq. Lakin “Yunayted” onu komandaya qaytarmağı planlaşdırmır və dərhal yenidən transfer bazarına çıxaracaq.
2021-ci ildə “Borussiya Dortmund”dan yüksəkprofilli keçidlə “Yunayted”ə qoşulan Ceydon Sanço hələ də yüksək məvacib alır və bu, “Çelsi” ilə danışıqlarda əsas problemə çevrilib. Klub hazırda futbolçunun nümayəndələri ilə maaş şərtlərini müzakirə edir. “Çelsi” Sançonun “Yunayted”dəki maaş səviyyəsini qorumaq niyyətində deyil.
Qeyd: “Çelsi” maaş siyasətində sərt xətt yürüdür. Klub bundan əvvəl Viktor Osimhen kimi transferlərdən də məhz yüksək maaş tələbinə görə imtina etmişdi. Bu prinsip Ceydon Sançonun “Stemford Bric”də qalacağına dair qərarda həlledici rol oynayacaq.
© Copyright 2025, All Rights Reserved