Ceydon Sançonun yeni adresi bəlli olur - 85 milyon qazandırmışdı
Almaniya Bundesliqa təmsilçisi "Borussiya Dortmund"un keçmiş futbolçusu Ceydon Sançonu yenidən heyətinə qatmağa hazırlaşdığı iddia olunur.
90plus.az xəbər verir ki, hazırda "Aston Villa"da icarə əsasında çıxış edən ingilis futbolçunun gələcəyi ilə bağlı qərar verilib. Məlumata görə, "Mançester Yunayted"lə yollarını ayırmağa hazırlaşan Ceydon Sanço yenidən "Borussiya Dortmund"a qayıda bilər.
Bildirilir ki, Dortmund klubunun prezidenti Aki Vatzke 25 yaşlı futbolçunun transferində maraqlıdır və tərəflər arasında danışıqlar artıq başlayıb. Prosesi müsbət istiqamətdə irəlilədiyi qeyd olunur.
Ceydon Sanço 2021-ci ilin yayında "Borussiya Dortmund"dan "Mançester Yunayted"ə 85 milyon avro qarşılığında transfer olunmuşdu. O, İngiltərə Premyer Liqasında keçirdiyi 108 oyunda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
"Mançester Yunayted"in 2026-cı ilin iyununda başa çatacaq müqaviləni uzatmamaq qərarı da futbolçunun ayrılığını sürətləndirən əsas səbəblərdən biri kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved