Çimərlik futbol millimiz yarımfinalda

Azərbaycan yığması Avropa çempionatında yarımfinala yüksəldi.
90plus.az xəbər verir ki, Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirib. Sahib Məmmədovun komandası Litva ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın yeganə qolunu Kamran Qürbətov vurub. Bu nəticəyə baxmayaraq, Azərbaycan qrupu ikinci pillədə başa vuraraq yarımfinal mərhələsinə adlayıb.
Millimiz sentyabrın 13-də keçiriləcək yarımfinal oyununda Rumıniya ilə üz-üzə gələcək.
Xatırlatma: Komandamız turnirdəki ilk görüşündə Belçikanı 5:4 hesabı ilə məğlub etmişdi.
© Copyright 2025, All Rights Reserved