ÇL: “Barselona” 6 qolla uddu!

“Barselona” Çempionlar Liqasında “Olimpiakos”u darmadağın edib — Fermin Lopes het-trik, Markus Raşford isə son 3 oyunda 4-cü qolunu vurub.
90plus.az xəbər verir ki, ilk hissədə Lopesin iki dəqiq düşünülmüş zərbəsi katalon klubunu oyuna tam nəzarət etməyə imkan verib. Daha sonra onun üçüncü qolu, Lamin Yamalın penaltisi və Reşfordun dublu “Olimpiakos”un qısa müddətli dirənişini tamamilə sındırıb.
2-ci hissədə “Olimpiakos”un yarımmüdafiəçisi Santiago Hezze Lopesə dirsəklə toxunduğu üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu görüşdə Lamin Yamal tarixə düşüb – o, cəmi 18 yaş 100 günündə Çempionlar Liqasında 25 oyuna çıxan ən gənc futbolçu olub. Gənc ulduz penaltini dəqiq yerinə yetirib:
Barselona 6 - 1 Olimpiakos
F. Lopes 7’ 39’ 76’
El Kaabi 53'
L. Yamal 67'
M. Reşford 74’ 79’
Qollar:
https://t.me/doxsanplus/109416
https://t.me/doxsanplus/109418
https://t.me/doxsanplus/109424
Bu qələbə ilə “Barselona” 3 oyundan sonra 6 xal toplayıb — daha əvvəl “Nyukasl”ı 2:1 hesabı ilə məğlub etmiş, “Pari Sen-Jermen”ə eyni hesabla uduzmuşdu. “Olimpiakos” isə hələlik 1 xalla qrupun son pilləsində qərarlaşıb.
Lamin Yamal qol vurduqdan sonra sevgilisinin olduğu tribunaya doğru öpüş göndərib 💋
© Copyright 2025, All Rights Reserved