ÇL: Böyük sürprizə az qalmışdı, “Tottenhem” qoymadı

“Tottenhem” 2:0 geridən gəlib “Budyo Qlimt” qarşısında 1 xal qoparmağı bacardı!
90plus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Tottenhem” böyük sürprizə imkan vermədi – London təmsilçisi Norveçin kiçik klubu “Budyo Qlimt” qarşısında iki top fərqi ilə geri düşməsinə baxmayaraq, sonda heç-heçə ilə xilas ola bildi.
Ötən mövsüm Avropa Liqasının qalibi olarkən bu komandaya evdə və səfərdə qalib gələn “Tottenhem” bu dəfə meydanda uzun müddət ikinci plana düşdü. Stadion əsl bayram ab-havasına büründü.
Lakin “Tottenhem” ümidini itirmədi. Miki van de Ven Porronun ötürməsini güclü baş zərbəsi ilə tora göndərərək fərqi azaltdı.
Qurtarıcı qol isə son dəqiqədə gəldi – Yostein Qunderssen topu öz qapısına vurdu və hesab 2:2 oldu.
London klubu böyük itkidən yaxa qurtardı. Xüsusilə nəzərə alsaq ki, birinci hissədə “Budyo Qlimt” Kasper Hoqun penaltidən topu qapı üzərindən vurması ilə böyük fürsəti qaçırmışdı.
Budyo Qlimt 2-2 Tottenhem
Hauqe 53' 66'
Van de Ven 68'
Ricarlison 89'
Qollar:
https://t.me/doxsanplus/108515
https://t.me/doxsanplus/108516
https://t.me/doxsanplus/108520
https://t.me/doxsanplus/108522
© Copyright 2025, All Rights Reserved