ÇL: “Kayrat” dirəniş göstərsə də, uduzdu

Portuqaliya klubu “Sportinq” Qazaxıstan təmsilçisi “Kairat Almatı” üzərində asan qələbə qazanaraq turnirə 3 xalla başladı.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində “Kayrat”ın müdafiəsini yarmaqda çətinlik çəkən meydan sahibləri hesabı ancaq ilk hissənin sonlarına yaxın Trinkau sayəsində aça bildi – o, cərimə meydançasının kənarında topa sahib olub qapının yuxarı sağ küncünə güclü zərbə endirdi.
İkinci hissənin əvvəlində qazaxlar daha üstün təsir bağışlayırdı, amma onların zəhməti puça çıxdı – meydan sahibləri cəmi üç dəqiqə ərzində üç qol vurdular.
Trinkau möhtəşəm zərbə ilə fərqi iki topa çatdırdı, daha sonra Alisson Santosun aşağıdan vurduğu top 18 yaşlı qapıçı Şerkan Kalmurzanın üzərindən qapıya yönəldi. Halbuki o, birinci hissədə Morten Yulmandın penalti zərbəsini dəf etməyi bacarmışdı.
Gevani Kuenda isə dərhal ardından fərqlənərək “Sportinq”in dördüncü qolunu vurdu – o, “Kayrat”ın müdafiəsini asanlıqla keçərək Kalmurzanı məğlub etdi.
Bununla belə, son sözü qonaqlar dedi – braziliyalı Edmilson 86-cı dəqiqədə gözəl vole zərbəsi ilə komandasına tarixindəki ilk Çempionlar Liqası qolunu qazandırdı.
Matç həm də gələcək üçün maraqlı məqamlar təqdim etdi – 17 yaşlı futbolçular Kuenda və Dastan Satpayev 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaqlar və bu oyunda hər iki gənc yetənək öz komandasının heyətində yaxşı təsir bağışladı.
Satpayev isə “Kayrat”ın ən təhlükəli epizodunun müəllifi oldu – uzaq məsafədən vurduğu güclü zərbə Joau Virjinyanı qapıda əla qurtarış etməyə məcbur etdi:
Sportinq 4-1 Kayrat
Trincao 41' 65’
Santos 66’
Quenda 68'
Edmilson 86'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/107842
https://t.me/doxsanplus/107847
https://t.me/doxsanplus/107857
https://t.me/doxsanplus/107860
© Copyright 2025, All Rights Reserved