ÇL: Mourinyo “Çelsi”yə uduzdu

Joze Mourinyonun “Stemford Bric”ə qayıdışı uğursuz alındı – Çempionlar Liqasında “Çelsi” onun yeni klubu “Benfika” üzərində minimal hesablı qələbə qazandı.
90plus.az xəbər verir ki, matçın taleyini isə Riçard Riosun birinci hissədə vurduğu avtoqol həll etdi:
🏴Çelsi 1-0 Benfika 🇵🇹
Rios 18' (öz qapısına)
Qol: https://t.me/doxsanplus/108505
“Çelsi” azarkeşlərinin Mourinyoya sevgisi o qədər böyükdür ki, oyundan əvvəl və qarşılaşma zamanı ona alqışlarla dəstək verdilər. Mourinyo isə tribunaların hər iki tərəfinə əl yelləyərək cavab verdi. Lakin portuqaliyalı mütəxəssis istəməzdi ki, komandasının oyunçusu meydan sahiblərinə qol hədiyyə etsin.
Bu, “Çelsi”nin 2023-cü ilin martından bəri Çempionlar Liqasındakı ilk qələbəsi idi. Daha önəmlisi isə komandanın zəif nəticələr seriyasına son qoyması oldu. Çünki bu ay yalnız Liqa Kubokunda 1-ci Liqa təmsilçisi “Linkoln”a qarşı qalib gələ bilmişdilər. Bu nəticə baş məşqçi Enzo Mareskaya şənbə günü “Liverpul”la Premyer Liqa qarşılaşması öncəsi müəyyən rahatlıq verdi.
© Copyright 2025, All Rights Reserved