Corcinadan Ronaldoya fantastik hədiyyə
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Milad bayramı üçün futbolçuya yeni avtomobil hədiyyə edib.
90plus.az xəbər verir ki, Ronaldo sosial şəbəkələrdə Corcina ilə gümüşü "Rolls-Royce Dawn" kabrioletində əyləşdiyi fotonu yayıb. Maraqlıdır ki, iki il əvvəl Milad bayramında Rodriqes artıq Ronaldoya oxşar avtomobil hədiyyə etmişdi.
Xatırlatma: Georgina və Kristiano səkkiz ildən artıqdır ki, birlikdədirlər, cütlüyün birlikdə iki övladı var. Bu mövsüm Ronaldo 19 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Portuqaliyalının klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.
© Copyright 2025, All Rights Reserved