Cərimələr: “Qarabağ” 1500, “Sabah” 500 manat
                            
                        
                            
                                "Qarabağ" klubu azarkeşlərinə görə 1500 manat cərimə ödəyəcək.
90plus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarı belədir. "Köhlən Atlar"ın azarkeşləri Misli Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə matçdan sonra pirotexniki vasitədən istifadə ediblər deyə bu qərar alınıb.
AFFA "Sabah"ı da cərimələyib. 27-ci turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulmasına görə "Sabah” 500 manat ziyana düşüb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved