Cud Bellingem: “Haradan gəldiyini unutma”

“Adidas” şirkəti “Real Madrid”in ulduzu Cud Bellinqemin yeni FW25 Predator imzalı butslarını təqdim edib.
90plus.az xəbər verir ki, yenu model futbolçunun şəxsi tarixindən ilhamlanaraq hazırlanıb — butsların üzərində Bellinqemin uşaqlıq klubu “Birmingem Siti”nin stadionu “St. Andrew’s”un poçt kodu yer alıb.
Bellinqem sosial şəbəkə hesabında paylaşdığı fotoya bu sözləri yazıb:
“Haradan gəldiyini heç vaxt unutma.”
Bu xüsusi dizayn Bellinqemin karyerasını başladığı şəhərə, onu Dortmund və Madrid kimi nəhəng klubların ulduzuna çevirən yola olan dərin hörmətinin simvolu hesab olunur.
© Copyright 2025, All Rights Reserved