Cüdoçumuz İslam Avropa çempionu oldu
 
                             
                         
                             
                                Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U-23 Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisi fəxri kürsünün ən yüksək pilləsinə sahib olub. 
90plus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan İslam Rəhimov finalda Niderland təmsilçisi Yohem van Harteni məğlub edərək qızıl medal qazanıb və Avropa çempionu adına layiq görülüb.
İslam turnirə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə slovakiyalı Roman Dekanı, daha sonra xorvatiyalı Dani Klaçarı üstələyib. Ardınca Ermənistan təmsilçisi Jirayr Hambaryanı məğlub edən Rəhimov yarımfinalda Nazar Viskova qalib gələrək finala yüksəlib.
Qeyd: İslam Rəhimov bundan 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionatının qalibi olmuşdu.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved