Daha bir məşqçi Səudiyyə Ərəbistanına yollanır
Serjiu Konseysau karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək niyyətindədir. Bu haqda insayder Fabrisio Romano məlumat paylaşıb.
Konseysau ərəblərin təklifinə razılıq verib və təyinatın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Xatırlatma: 50 yaşlı çalışdırıcının sonuncu klubu "Milan" olub. O, ötən mövsümün sonunda italiyalılardan ayrılıb. "Əl-İttihad" isə baş məşqçi Loran Blanla yollarını ayırıb.
© Copyright 2026, All Rights Reserved