Dani Alveş eks həyat yoldaşını məhkəmədə uddu

Dani Alveş İspaniyada keçmiş həyat yoldaşı Dinorah Santanaya qarşı məhkəmə prosesində qalib gəlib.
90plus.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, əvvəlcədən müsadirə olunmuş 628 min avro futbolçuya geri qaytarılmalıdır.
Santana 2011-ci ildə baş tutan ayrılıqdan sonra Alveşi aliment ödənişlərini yerinə yetirməməkdə ittiham etmişdi. Lakin "Barselona" məhkəməsi braziliyalı müdafiəçinin 2012-ci ildə imzalanmış ayrılıq sazişinin bütün şərtlərinə əməl etdiyini müəyyən edib.
“Məhkəmənin qərarında qeyd olunub ki, Dani Alveş razılaşdırılmış şərtlərə riayət edib. Pulu saxlamaq üçün heç bir hüquqi əsas yoxdur.” Bundan əlavə, məhkəmə Dinorah Santananı məhkəmə xərclərini də ödəməyə məcbur edib.
Telekinko kanalının “Fiesta” proqramında aparıcı Amor Romeira bildirib ki, vəsait hüquqi prosesin davam etdiyi müddətdə ehtiyat tədbiri olaraq dondurulmuşdu: “Pul məhkəmə prosesi zamanı bloklanmışdı, lakin artıq geri qaytarılıb.”
Bu qərar Alveşin cinsi təcavüz ittihamı üzrə bəraət almasından sonra prokurorların verdiyi apellyasiya şikayətinə Ali Məhkəmənin cavabını gözlədiyi vaxta təsadüf edir. Eyni zamanda, futbolçu hazırda sevgilisi Joana Sanzdan uşaq gözləyir. Sanz bu anı “möcüzə” kimi təsvir edib.
© Copyright 2025, All Rights Reserved