Dani Karvaxal sıradan çıxdı
Dani Karvaxal uzun müddətə sıradan çıxdı — əməliyyat olunacaq.
90plus.az xəbər verir ki, “Real Madrid”in kapitanı Dani Karvaxal dizindən aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
İspan müdafiəçinin 2–3 ay oynaya bilməyəcəyi bildirilib. Klubun rəsmi açıqlamasına görə, Karvaxal yaxın günlərdə artroskopiya əməliyyatı keçirəcək və onun yanvar ayına qədər komandaya qoşulması gözlənilmir.
Bu itki “Real Madrid” üçün ciddi problemlər yarada bilər, çünki Karvaxal bu mövsüm komandanın müdafiə xəttinin aparıcı fiqurlarından biri idi.
📌 Xəbəri futbol insayderi Fabrizio Romano yayıb
© Copyright 2025, All Rights Reserved