Dani Olmo “Real”ın futbolçusunu ələ saldı

"Barselona" tərəfi 28-ci La Liqa çempionluğunu qeyd edərkən "Real Madrid"i ələ salmağa davam edir.
90plus.az xəbər verir ki, bu dəfə 27 yaşlı Dani Olmo katalonların əbədi rəqiblərini təəccüblü şəkildə trollamaq qərarına gəlib. İspan futbolçu David Alabanı təqlid edərək stadionun stulunu başının üzərinə qaldırıb. Avstriyalı bu jesti "Real Madrid"in 2022 Çempionlar Liqasında PSJ-ə qarşı möhtəşəm geridönüş qələbəsindən sonra David Alabanın məşhur kreslo ilə qeyd etməsinə yumoristik şəkildə istinaddır.
"Real" azarkeşləri isə Olmoya dərhal reaksiya veriblər. "Merengues" sosial şəbəkədə "Barselona"nın X hesabındakı paylaşımın altına şərhlər yazıb.
Kral klubunun fanatları liqadakı qələbəsini kiçikləşdirməyə çalışdılar və həmişəki kimi Çempionlar Liqasında qazandıqları 15 kubokla öyündülər.
Qeyd: Bu mövsüm Olmo 38 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved