Dani Olmoya görə “Barsa” 60 milyon “sayır”
"Barselona" rəhbərliyi İspaniya ilə Avro-2024-ü qazanan Dani Olmo transferi üçün oyunçu ilə danışıqlara başlayıb.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi Olmoya 6 mövsümlük müqavilə təklif edilib.
"Barsa" 26 yaşlı yarımmüdafiəçi üçün "Leypsiq" klubuna 60 milyon avro ödəməyə razıdırlar.
Qeyd: Dani Olmo İspaniya yığmadı ilə çempion olduğu Avro-2024-də 6 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onlar 6 oyunun heç birində uduzmayıblar.
© Copyright 2026, All Rights Reserved