Darvin Nunyes “Napoli”yə “HƏ” dedi

Darvin Nunyes “Napoli”yə keçməyə razıdır.
90plus.az xəbər verir ki, “Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını İtaliyada davam etdirməyə müsbət yanaşır. 25 yaşlı futbolçu “Napoli”nin yeni baş məşqçisi Antonio Kontenin layihəsi ilə tanış olduqdan sonra A Seriya təmsilçisinə keçməyə razılıq verib.
Bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.
Transferin baş tutması üçün əsas maneələrdən biri maliyyə məsələləridir. “Liverpul” uruqvaylı hücumçuya görə 60–70 milyon avro aralığında təzminat tələb edir. Bundan əlavə, Nunyesin yüksək məvacibi də danışıqları çətinləşdirə bilər.
Qeyd: Darvin Nunyes 2022-ci ildə “Benfika”dan “Liverpul”a transfer olunmuşdu. O, ötən mövsüm Premyer Liqada 33 oyuna 11 qol və 8 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved