David de Xea “Fiorentina”da! RƏSMİ
"Mançester Yunayted" və İspaniya yığmasının eks qapıçısı David de Xea İtaliyanın "Fiorentina" klubu ilə müqavilə bağlayıb.
90plus.az xəbər verir ki, keçən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra komandasız qalan qolkiper Florensiya klubu ilə 2025-ci ilin yayına qədər sözləşməyə nail olub.
Müqaviləyə "1+1" bəndi də daxil edilib.
Qeyd: David de Xea əvvəllər "Atletiko Madrid"in də formasını geyinib.
© Copyright 2026, All Rights Reserved