DÇ-2026: İslandiya-Azərbaycan: Hakimlər bəllidir
                            
                        
                            
                                DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Reykyavikdə baş tutacaq İslandiya – Azərbaycan oyununda hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, grüşü niderlandlı Sander van der Eykin idarə edəcəyi hakimlər briqadası yönəldəcək. Baş hakimə Rens Blümink və Stefan de Qroot kömək edəcək, 4-cü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. 
VAR otağında Jerön Mansxot fəaliyyət göstərəcək, AVAR funksiyasını isə Klay Ruperti icra edəcək.
Qeyd: Qarşılaşma sentyabrın 5-də Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved