DÇ-a getməyən İtaliyaya bir zərbə də UEFA-dan gəldi
UEFA prezidenti Aleksander Çeferin İtaliya futbolu ilə bağlı sərt açıqlamalar verib.
90plus.az xəbər verir ki, Çeferin La Gazzetta dello Sport nəşrinə müsahibəsində İtaliyanın futbol infrastrukturu ilə bağlı ciddi problemlərə diqqət çəkib. O bildirib ki, İtaliya siyasətçiləri ölkədə futbol infrastrukturlarının niyə Avropanın ən zəiflərindən biri olduğunu düşünməlidir.
UEFA rəhbəri vurğulayıb ki, UEFA Avro-2032 plan üzrə keçiriləcək, lakin stadion və infrastruktur tələbləri yerinə yetirilməzsə, turnirin İtaliyada təşkili sual altına düşə bilər.
Türkiyə ilə birgə təşkil olunacaq
Avropa çempionatı 2032-ci ildə Türkiyə və İtaliya tərəfindən birgə təşkil olunacaq. Turnuva üçün ümumilikdə 10 stadionun seçilməsi planlaşdırılır və bunların 5-i Türkiyədə, 5-i isə İtaliyada yerləşəcək.
Çeferinin bu açıqlamaları İtaliya futbolunda infrastruktur məsələlərinin yenidən ciddi şəkildə gündəmə gəlməsinə səbəb olub.
© Copyright 2026, All Rights Reserved