Dembele Litva klubunun yeni sahibi oldu
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasında çıxış edən hücumçu Musa Dembele özünə futbol klubu satın alıb.
90plus.az xəbər verir ki, Dembele Litvanın “Minija” adlı klubunun sahibi olub. 28 yaşlı fransız hücumçu bu klubu “Triple M” adlı investisiya şirkəti vasitəsilə əldə edib.
Qeyd: Litva 1-ci liqasında 5 turun ardından “Minija” 6 xalla 9-cu yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved