Denzel Dyumfris “İnter”dən gedir

Denzel Dyumfrisin “İnter”dən ayrılma ehtimalı var.
90plus.az xəbər verir ki, İtaliya mətbuatı (“Sportmediaset”) belə məlumat yayıb: Dyumfris bu yay “İnter”dən ayrıla bilər. 29 yaşlı niderlandlı müdafiəçinin müqaviləsində 25 milyon avro məbləğində sərbəstqalma bəndi mövcuddur.
Qeyd olunur ki, bu bənd yalnız İtaliya klubları üçün keçərli deyil və iyulun ortasına qədər qüvvədə qalacaq. Bu səbəbdən “İnter” yay transfer pəncərəsində Dyumfrisin mümkün satışını istisna etmir.
Dyumfris ötən mövsümdə dəfələrlə müxtəlif Avropa klublarının transfer siyahısına düşüb və onun gələcəyi ilə bağlı danışıqlar yaxın vaxtlarda davam etdiriləcək.
© Copyright 2025, All Rights Reserved