Depay + 2 ulduz “Atletiko”dan getdi!
Niderland millisinin hücumçusu Memfis Depay “Atletiko Madrid”dən ayrılıb.
90plus.az xəbər verir ki, Memfis Depaydan başqa Mario Hermoso və Qabriel Paulista da klubdan gedib. Hər üç futbolçunun müqaviləsi bu gün başa çatır və onlar azad agent kimi klubu tərk edirlər.
Qeyd: 30 yaşlı M.Depay ötən mövsüm “Atletiko”nun heyətində keçirdiyi 31 oyunda 9 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Memfis Depay
Mario Hermoso
Gabriel Paulista
© Copyright 2026, All Rights Reserved