Derbi della Madonnina: Qalib “Milan” oldu
“Milan” “Derbi della Madonnina”da “İnter”i məğlub etdi – Pulişiçdən qələbə qolu gəldi!
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 12-ci turunda “Milan” öz şəhərlisi olan rəqibini - "İnter”i səfərdə məğlub etdi. “Qırmızı-qara”lar çətin qələbə ilə turnir cədvəlində rəqibini keçdi, titul uğrunda mübarizədə mövqeyini gücləndirdi:
İnter 0 - 1 Milan
K. Pulişiç 54’
Matçda diqqət çəkən anlardan biri isə Hakan Çalhanoğlunun penaltisini Mayk Menyanın saxlaması oldu. Bu epizod “İnter” üçün oyunun taleyini dəyişə bilərdi, lakin qapıçının uğuru “Milan”ın qələbəsini təmin etdi.
“İnter” artıq ardıcıl 6 oyundur “Milan”a məğlub ola bilmir.
Cədvəl vəziyyəti: Massimilianonun komandası bu qələbədən sonra 25 xala yüksələrək “Napoli” ilə eyni xala sahib oldu və beşinci yerdən ikinci pilləyə qalxdı. “Milan” həm “İnter”i, həm də “Bolonya”nı üstələyərək lider “Roma”nın (27 xal) əsas izləyicisinə çevrildi.
© Copyright 2025, All Rights Reserved