Derbini Modriçli “Milan” qazandı
“Milan” derbidə “İnter”i məğlub etdi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 28-ci turunda Milan derbisi keçirilib.
“Milan” öz meydanında “İnter”i 1:0 hesabı ilə məğlub edib:
Milan 1 - 0 İnter
P. Estupinan 35’
Qol: https://t.me/doxsanplus/115144
Beləliklə, “Milan” 2010/11 mövsümündən sonra ilk dəfə bir Seriya A mövsümündə “İnter”ə qarşı hər iki derbidə qalib gəlib.
Qeyd: Ekvadorlu müdafiəçi Estupinyan da “Milan”ın heyətində ilk qolunu məhz derbidə vurub.
Bu qələbədən sonra “Milan” turnir cədvəlində lider “İnter”lə xal fərqini 7-yə endirib və çempionluq yarışı daha da gərginləşib.
Hazırda “İnter” 67 xalla birinci, “Milan” isə 60 xalla ikinci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved