Deşamı Fransada o əvəz edəcək

2026-cı il dünya çempionatının sonunda Fransa milli komandası ilə vidalaşacağını açıqlayan baş məşqçi Didye Deşam, onun yerini tutacaq mümkün namizədin adını da açıqlayıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis "Lequipe" qəzetinin jurnalistinin bu barədə verdiyi suala belə cavab verib:
"Fransa milli komandasının növbəti baş məşqçisi? Zinəddin Zidan əla seçim olar."
Xatırlatma: Deşam və Zidan keçmişdə “Yuventus” və Fransa milli komandasında birgə oynayıb, 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionatını qazanıblar.
56 yaşlı Deşam 2012-ci ildən Fransa milli komandasını çalışdırır. 52 yaşlı Zidan isə hazırda işsizdir.
Fransa milli komandasının növbəti əsas hədəfi, ABŞ, Meksika və Kanadanın təşkil edəcəyi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır.
© Copyright 2025, All Rights Reserved