Devid Bekhem cəngavər titulu aldı
İngiltərə millisinin sabiq kapitanı Devid Bekem rəsmi şəkildə “Cəngavər” tituluna layiq görülüb.
90plus.az xəbər verir ki, 50 yaşlı futbol əfsanəsi 4 noyabr 2025-ci ildə Kral Çarlz III tərəfindən Vindzor qalasında təşkil olunan investitura mərasimində təltif olunub. Bekhem idmana və xeyriyyəçilik sahəsinə uzun illər ərzində göstərdiyi töhfələrə görə bu yüksək ada sahib çıxıb. Bundan sonra o rəsmi olaraq Sir Devid Bekem adlanır.
Mərasimdə Bekemə Kral xəncərin ucu ilə çiyninə toxunaraq titulu təqdim edib. O, tədbirdə xanımı Viktoriya Bekem və valideynləri ilə birlikdə iştirak edib. Futbol əfsanəsi mərasimdə həyat yoldaşı tərəfindən xüsusi olaraq hazırlanmış boz üçgüylü kostyum geyinib, Viktoriya isə öz moda brendindən tünd göy midi don və zərif şlyapa ilə diqqət çəkib.
Təltifdən sonra Bekhem emosional açıqlama verib: Bu anın həyatının ən qürurlu məqamlarından biri olduğunu bildirib. O, Leytonstounda sadə bir ailədə böyüdüyünü xatırladaraq bu gün Kral tərəfindən təltif olunmağın onun üçün böyük şərəf olduğunu vurğulayıb. Həmçinin, geyim seçiminin Kralın zərif stilindən ilham aldığını deyib.
Bu addımla Devid Bekemin təkcə futbol karyerasındakı nailiyyətləri deyil, həm də sosial və humanitar fəaliyyətləri rəsmən yüksək şəkildə dəyərləndirilib. Sir Devid Bekemin adı artıq İngiltərə tarixində xüsusi yer tutur.
© Copyright 2025, All Rights Reserved