Devid Bekhem İngiltərə kralı tərəfindən "cəngavər" elan olundu

İngiltərə futbolunun əfsanəvi simalarından biri olan Devid Bekhem kral Üçüncü Çarlz tərəfindən "cəngavər" titulu ilə təltif olunub.
90plus.az xəbər verir ki, Bekhem həm futbol karyerasındakı uğurlarına, həm də xeyriyyəçilik fəaliyyətlərinə görə kralın “Doğum Günü Şərəf Siyahısı”na daxil edilib və ona “Ser” ünvanı verilib.
"Mançester Yunayted" və "Real Madrid" kimi dünya nəhənglərində çıxış etmiş, eyni zamanda İngiltərə millisinin sabiq kapitanı olan 50 yaşlı Bekhem açıqlamasında bu titulu almağın onun üçün böyük qürur olduğunu deyib:
“Ölkəm üçün oynamaq və kapitanlıq etmək mənim üçün ən böyük şərəf idi. Bu, uşaqlıq arzularımın gerçəkləşməsi idi. Meydandan kənarda da ölkəmi dünyada təmsil etmək və ehtiyacı olan insanlara yardım edən qurumlarla işləmək mənə böyük xoşbəxtlik gətirib.”
Bekhemin cəngavər elan olunması futbolsevərlərə 2001-ci ildəki tarixi İngiltərə – Yunanıstan matçını xatırladıb. Həmin qarşılaşmada Bekhem 93-cü dəqiqədə cərimə zərbəsi ilə hesabı bərabərləşdirmiş və İngiltərəni 2002 Dünya Çempionatına aparmışdı. Matçın şərhçisi həmin anda “Bu adama cəngavərlik verin!” deyə səslənmişdi.
24 ildən sonra o söz reallığa çevrildi.
Təqdimat mərasimində Meril Strip, Keyt Vinslet kimi Hollivud ulduzları da iştirak ediblər. Bekhem tədbirə ailəsi ilə birlikdə qatılıb və duyğulu anlar yaşanıb.
© Copyright 2025, All Rights Reserved