Deyirlər, Cenk Tosun da gəlir
 
                             
                         
                             
                                “Neftçi” daha bir tanınmış hücumçunun gündəminə düşüb. Türkiyə mediasının məlumatına görə, "Fənərbağça”dan uzaqlaşdırılan Cenk Tosun karyerasını Bakıda davam etdirmək variantını nəzərdən keçirir.
90plus.az xəbər verir ki, 34 yaşlı forvard baş məşqçi Domeniko Tedesko tərəfindən əsas heyətdən kənarda saxlanılıb və yeni komanda axtarışına çıxıb. Təcrübəli hücumçunun “Neftçi”yə keçidə maraqlı olduğu iddia edilir.
Məlumata görə, Cenkin bu qərara yaxın olmasının səbəblərindən biri dostu Vensan Abubakarla yenidən eyni komandada oynamaq istəyi ilə bağlıdır. Kamerunlu hücumçunun “Neftçi”yə transferindən sonra Tosun Misli Premyer Liqasında çıxış etməyə daha müsbət yanaşmağa başlayıb.
Hazırda Bakı klubu transfer bazarında hücum xəttini gücləndirməklə bağlı fəal iş aparır. Cenk Tosun variantı reallaşsa, bu, Premyer Liqanın daha bir səs-küylü keçidi olacaq.
Məsələ ilə bağlı “Neftçi”dən rəsmi açıqlama verilməyib.
ℹ️ Mənbə: Azertag
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved