Didye Deşam: “Mbappe mərkəzdə oynayacaq”
Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının yarımfinalında bu axşam İspaniyaya qarşı keçiriləcək oyun öncəsi Kilian Mbappənin meydandakı rolunu dəqiqləşdirib.
90plus.az xəbər verir ki, o, Mbappənin mərkəzdə oynayacağını təsdiqləyib, lakin taktiki dəyişikliklərə açıq olduğunu bildirib:
“Artıq demişəm, Kilian mərkəzdə oynayacaq. Bu, uzunmüddətli düşüncənin nəticəsidir. Müdafiədə kifayət qədər möhkəm olmaq idealdır, amma yalnız müdafiə üçün oynamaq mənasızdır.
Rəqib topa sahib olmağı sevir. Bir variantla başlaya bilərik, digəri ilə bitirə bilərik. Hər oyunda olduğu kimi, bu da güc balansıdır. Əsas məqsəd rəqibə problem yaratmaqdır.”
Deşam həmçinin Mbappenin son durumu barədə danışıb:
“Avropa çempionatında zədəsi səbəbindən ən yaxşı formada deyildi. Ancaq mövsümə baxsaq, indi çox yaxşı vəziyyətdədir, daha yüksək potensiala malikdir.”
Qeyd: Fransa və İspaniya bu axşam saat 23:00-da Ştutqartda MPHArenada qarşılaşacaq və qalib tərəf Portuqaliya ilə finalda üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved