Dieqo Forlan tennisçi olub
Uruqvay millisinin əfsanəvi hücumçusu Dieqo Forlan bacarıqlarını tennisdə sınamağa başlayıb.
90plus.az xəbər verir ki, 45 yaşlı sabiq oyunçu gələn ay “Uruguay Open” turnirində - “ATP Challenger” cütlüklərin yarışında peşəkar tennisdə debüt etməyə hazırlaşır.
Qeyd: Forlan Uruqvay millisi ilə 2011-ci ildə Amerika kubokunu, "Mançester Yunayted"lə 2003-cü ildə Premyer Liqanı, "Atletiko Madrid"lə 2010-cu ildə Avroliqanı və UEFA Superkubokunu qazanıb.
Mənbə: TNT Sports
© Copyright 2026, All Rights Reserved