Dieqo Kosta söyüşləri anlamırmış
Braziliyalı sabiq hücumçu Aleksandre Pato vaxtilə "Çelsi"də bərabər oynadıqları Dieqo Kosta haqda maraqlı xatirə bölüşüb.
90plus.az xəbər verir ki, 2016-cı ildə icarə əsasında "Çelsi"də çıxış edən Pato - Kosta barədə bunları deyib:
"Mən "Çelsi"yə gedəndə Dieqo Kosta 9 nömrə geyinirdi. Media da onu tənqid edir, azarkeşlər onu söyürdü. Ondan bütün bu təzyiqlərin öhdəsindən necə gəldiyini soruşdum.
O da qayıtdı ki, "Pato, onların dediklərini başa düşmürəm ki. Mən ingiliscə bilmirəm."
Qeyd: Dieqo Kosta "Çelsi" ilə 89 oyuna çıxıb, 52 qol vurub. 2 dəfə Premyer Liqa çempionu olub, 1 dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
📰: DailyMail
© Copyright 2025, All Rights Reserved