Dominik Soboslai "Liverpul"a şərt qoydu
Dominik Soboslai "Liverpul"dan maaş artımı tələb edib.
90plus.az xəbər verir ki, Dominik Soboslai “Liverpul”la yeni müqavilə imzalamaq üçün həftəlik 300 min funt sterlinq maaş artımı tələb edir.
Məlumata görə, bu məbləğ onun hazırkı 120–150 min funt civarında olan maaşından iki dəfədən çoxdur.
Bu addım Soboslai “Liverpul”un ən çox qazanan futbolçuları sırasına çıxara bilər və o, hazırda həftəlik 280 min funt alan Aleksander İsak kimi oyunçuları da geridə qoya bilər
🗞️Topskills Sports
© Copyright 2026, All Rights Reserved