Donnaruma italiyalı azarkeşlərdən üzr istədi
İtaliya millisinin qapıçısı Cianluici Donnaruma məğlubiyyətdən sonra paylaşım etdi.
90plus.az xəbər verir ki, FIFA Dünya Çempionatının seçmə mərhələsində İtaliya penaltilərlə Bosniya və Herseqovina komandasına məğlub oldu. Oyundan sonra qapıçı Donnaruma bu paylaşımı edib:
"Dünən gecə oyundan sonra ağladım.
İtaliyanı layiq olduğu yerə apara bilmədiyim üçün hiss etdiyim məyusluqdan ağladım. Həm mən, həm də kapitanı olmaqdan qürur duyduğum bütün komanda yoldaşlarım çox üzgündür. Azarkeşlərimizi məyus etdiyimizin fərqindəyik.
Bu günlərdə sözlərin çox da mənası yoxdur, bu doğrudur, amma içimdə dərindən hiss etdiyim və sizinlə bölüşmək istədiyim bir şey var: Belə böyük bir məyusluqdan sonra yenidən başlamaq üçün cəsarət tapmalıyıq və bunun üçün çox güc, ehtiras və inam lazımdır.
İnanmaq irəli getməyin əsas dirəyidir. Çünki həyat hər şeyini verənləri necə mükafatlandıracağını bilir.
Və məhz buradan yenidən başlamalıyıq. Birlikdə. Bir daha.
İtaliyanı layiq olduğu yerə qaytarmaq üçün".
© Copyright 2026, All Rights Reserved