Donnarumma Mbappe haqda danışdı
PSJ-nin qapıçısı Canluici Donnarumma komanda yoldaşı Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, italiyalı qolkiper fransalı hücumçunun tezliklə meydanlara qayıdacağına ümid etdiyini bildirib.
Donnarumma Mbappenin mümkün qədər tez sağalmasını arzuladığını deyib:
“Ümid edirəm ki, Kilian cavab oyununa hazır olar, çünki o buna layiqdir. Ümid edirəm ki, o, çox tez qayıda biləcək”.
Qeyd: “Real Madrid” ilə “Mançester Siti” arasında oyun martın 12-də keçiriləcək. Komandalar arasında cavab qarşılaşması isə martın 18-nə planlaşdırılıb.
© Copyright 2026, All Rights Reserved