Döyüşün məşhurluğu səngimir - Rinq qızından etiraf

Həmin gün rinqdəkilərdən daha çox məşhur olan bir nəfər də var imiş.
90plus.az xəbər verir ki, milyonları ekran qarşısına toplayan boks qarşılaşmasında Çek Paul, Mayk Taysonu xallar hesabı ilə məğlub etməyi bacardı. Qarşılaşmada yalnız iki boksçu deyil, həm də tamaşaçıların diqqətini çəkən başqa bir nəfər də vardı. Tempsiz keçdiyi üçün izləyicilərin tənqid etdiyi döyüş, Alabama Universitetində təhsil alan 20 yaşlı tələbə Sidney Tomasa isə şöhrət qazandırdı.
Sidney Thomas, qarşılaşmadan sonra sosial media hesablarında sürətlə izləyici toplamağa başladı. O, döyüş günü paylaşımında belə yazmışdı: “Mayk Tayson və Cek Paul ilə bu cür tarixi bir döyüşdə rinqə çıxmaq fürsətini əldə etmək, heç vaxt deyəcəyimi təsəvvür etmədiyim bir şey idi. Belə möhtəşəm bir komandanın bir hissəsi olmaqdan nə qədər minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Tarix yazıldı və bunun bir hissəsi olmaqdan həqiqətən şərəf duyuram.”
Tomas, qarşılaşmadan sonra minlərlə mesaj aldığını qeyd edərək belə bir paylaşım etdi: “Hamınızın göstərdiyi sevgi və dəstək ilə oyandım. Hər birinizə kifayət qədər təşəkkür edə bilmirəm və nə qədər minnətdar olduğumu ifadə edə bilmirəm.”
© Copyright 2025, All Rights Reserved