Dro Fernandes PSJ-də!
Dro Fernandes PSJ-yə transfer olundu!
90plus.az xəbər verir ki, Dro Fernandes karyerasını Fransada davam etdirəcək. “Paris Sen-Jermen” gənc futbolçunun transferi ilə bağlı “Barselona” ilə razılığa gəlib.
Məlumata görə, PSJ katalon klubu ilə Dro Fernandeşin müqaviləsində yer alan 6 milyon avroluq sərbəstqalma maddəsindən bir qədər yüksək məbləğ qarşılığında razılıq əldə edib. Tərəflərin bu addımı gələcək münasibətləri qorumaq məqsədi daşıyıb.
Dro Fernandesin özü də Paris klubuna keçməyə müsbət yanaşıb və tərəflər arasında şifahi razılaşma hələ ötən həftə əldə olunub. Hazırda isə bütün detallar tam razılaşdırılıb və müqavilə rəsmiləşdirilib.
Beləliklə, Dro Fernandes yeni mərhələyə “Paris Sen-Jermen” forması ilə başlayacaq.
© Copyright 2026, All Rights Reserved