Dünən Ramos dostu Modriçə görə Milanda olub
Serxio Ramos Modriçin dəvəti ilə “Milan” derbisini tribunadan izləyib.
90plus.az xəbər verir ki, Serxio Ramos İtaliyada keçirilən “Milan” derbisinin qonaqları arasında yer alıb. Təcrübəli müdafiəçi qarşılaşmanı tribunadan izləyib.
Bildirilir ki, Luka Modriç “Milan”ın “İnter” üzərində 1:0 hesablı qələbə qazandığı oyunu izləmək üçün yaxın çevrəsindən təxminən 60 nəfəri stadiona dəvət edib. Xorvatiyalı yarımmüdafiəçi onların bilet və nəqliyyat xərclərini də özü qarşılayıb.
Dəvət olunanlar arasında Modriçin keçmiş komanda yoldaşı Ramos da olub. İspan futbolçu derbini tribunadan izləyərək dostuna dəstək verib.
Qeyd: Ramos və Modriç uzun illər “Real Madrid”də birlikdə çıxış ediblər və bu müddətdə bir çox titul qazanıblar. Onların dostluq münasibətlərinin illər keçsə də davam etdiyi bir daha diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved