Dünya Çempionatının biletləri "əl yandırır" - QİYMƏTLƏR
Azarkeşlər böyük həyəcanla gözlədikləri 2026 Dünya Çempionatını izləməyin astronomik xərcindən duyduqları məyusluğu sosial şəbəkələrdə və fan qruplarında ifadə etməyə davam edirlər.
90plus.az xəbər verir ki, ABŞ, Meksika və Kanadada keçiriləcək mundialın qrup mərhələsinin həlledici detalları açıqlanandan sonra – xüsusilə də oyun cədvəlinin və stadion biletlərinin qiymətlərinin elan edilməsi azarkeşlər arasında ciddi narazılıq yaradıb.
Futbol Azarkeşləri Birliyi bilet qiymətlərini azarkeşlərə qarşı “gülünc bir təhqir” kimi dəyərləndirib.
Məlumata görə, bəzi kiçik ölkələr üçün qrup mərhələsi biletlərinin dəyəri həmin ölkədəki orta aylıq əməkhaqqından daha baha başa gəlir. Üstəlik, bu rəqəmlərə səfər və yaşayış xərcləri daxil deyil.
FİFA-nın açıqladığı yeni qiymətləndirməyə əsasən, qrup mərhələsi biletləri 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatındakı qiymətləri üç dəfə üstələyir. Final oyunu üçün ən ucuz biletin qiyməti isə 3.119 funt sterlinq olacaq.
Qrup oyunları: 140 dollar
1/32 final: 235 dollar
1/16 final: 295 dollar
1/4 final: 680 dollar
1/2 final: 920 dollar
Final: 4185 dollar
Azarkeşlər isə bu rəqəmlərin futbolun kütləvi ruhuna zərbə vurduğunu və mundialın daha əlçatmaz hala gəldiyini bildirirlər.
© Copyright 2025, All Rights Reserved