Dünyanın ən varlı liqaları - Lider təəccübləndirmədi
Dünyanın ən bahalı futbol çempionatları bəlli olub.
90plus.az xəbər verir ki, “Transfermarkt” portalı dünyanın ən dəyərli futbol çempionatlarının siyahısını açıqlayıb. Siyahıya 11.75 milyard avro ümumi dəyəri ilə İngiltərə Premyer Liqası başçılıq edir.
İkinci sırada İspaniya La Liqası yer alıb. Onun ümumi dəyəri 5.48 milyard avrodur.
İlk “üçlüy”ü İtaliya A Seriyası tamamlayır. Çempionatın ümumi dəyəri 4.95 milyard avro təşkil edir.
Türkiyə Superliqası isə 1.15 milyard avro dəyəri ilə siyahıda 9-cu sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved